reklam
Sportfm.az xəbər saytı

"Hido" finalda -PARİS - 2024


Azərbaycanın təmsil edən cüdoçu, dünya və Avropa çempionu Hidayət Heydərov bu gün 33-cü Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, 73 kq. çəki dərəcəsində yarışan Heydərov mübarizəyə 1/8 finaldan start verib. Onun rəqibi Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı Tohar Butbul olub. Görüş Hidayət Heydərovun əlavə vaxtda qazandığı qələbə xalı (rəqibin 3 şido xalı) sayəsində başa çatıb.

Beləliklə, H.Heydərov 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Kanada idmançısı Artur Margelidon olub. 30 yaşlı cüdoçu 2 dəfə Panamerikan Oyunlarının qalibidir. O, bir neçə dəfə də Qran-pri yarışlarında gümüş və bürünc medal qazanıb.

H.Heydərov ağır keçən döyüşün əlavə vaxtında (golden score) ipponla qalib gələrək yarımfinala yüksəlib. O, bu raundda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb. Akil Qyakova 2021-ci ildə Avropa çempionu olub.

Heydərov əlavə vaxtda 1 xal qazanaraq finala yüksəlib. Finals onun rəqibi Fransa idmançısı Gaba Benjamin olacaq.

Qeyd edək ki, cüdo yarışlarına bu gün yekun vurulacaq. Medal uğrunda görüşlər isə az sonra başlanacaq.

Oxşar xəbərlər

Cüdo millimiz Parisdən Bakıya qayıdır - Olimpiada
Azərbaycan 2-ci Olimpiya qızılını qazandı
Azərbaycan Olimpiadada daha bir medal qazandı
Hidayət Heydərov Olimpiya çempionudur
Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər