reklam
Sportfm.az xəbər saytı

"Sabah" Bakıya qələbə ilə qayıdır


"Sabah" bu gün Konfrans Liqasında mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb. İsraildəki müharibə şəraiti səbəbindən neytral meydanda - Macarıstandakı "Varkert Sportpalya" stadionunda keçirilən oyun "Sabah"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

"Sabah"la "Makkabi" arasında cavab görüşü avqustun 1-də Bakıda olacaq. "Sabah" - "Makkabi" cütünün qalibi növbəti mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.

Konfrans Liqası, ilk oyunlar

25 iyul

21:15. "Makkabi" (Hayfa, İsrail) - "Sabah" (Azərbaycan) - 0:3

Qollar: Pavol Şafranko, 60 (0:1), Cessi Sekidika, 78 (0:2), Xəyal Əliyev, 88 (0:3)

Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer

"Varkert Sportpalya", Macarıstan

Oxşar xəbərlər

"Sabah" yıxıldı, qalxdı və keçdi - Konfrans Liqası
"Sabah" "Makkabi"yə qarşı - Konfrans Liqası
"Zirə", "Sumqayıt" və "Sabah"ın potensial rəqibləri bilindi
Ağır oyun Verbumenə həvalə edildi
"Sabah"ın rəqibi məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər