Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Üç lisenziyadan sonra Barabanov idmançımızın "yolunu kəsməyə" çalışacaq
Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.
Boks federasiyasından Sportfm.az saytına verilən məlumata görə, yarışda Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb. Onlardan 3-ü qalib gəlməklə həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziya qazanıblar.
Belə ki, yığmamızın heyətində 49 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Nazar Kurotçinlə (Ukrayna) üz-üzə gəlib. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca Lorenzo Sotomayor (64 kq) qüvvəsini sınayıb. Fransalı Vahid Hambli ilə qarşılaşan Olimpiya mükafatçımız rəqibini 4:1 hesabı ilə məğlub edib. Sotomayor 1/4 finalda polşalı Mateuş Polski (Polşa) ilə gücünü yoxlayacaq.
İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışda ilk döyüşünü qələbə ilə bitirib. O, Aleksandr Kaleyevə (Belarus) 4:1 hesabı ilə qalib gəlib. Məcidov yarımfinala gedən yolda Camili-Dini Aboudo-Moindze (Fransa) qarşılaşacaq.
52 kq çəki dərəcəsində rinqə çıxan Elvin Məmişzadə Manuel Fabritsio Kappai (İtaliya) ilə döyüşüb. Qarşılaşmadan rəqib üstün ayrılıb - 5:0.
Çempionatın 4-cü günündə Pərviz Bağırov (69 kq) da ilk sınağına çıxıb. Simyon Çamovla (Bolqarıstan) üz-üzə gələn həmyerlimiz 4:1 hesabı ilə qələbə qazanıb. O, növbəti qarşılaşmasında ukraynalı Yevgeni Barabanovla mübarizə aparacaq.
1/4 final döyüşləri iyunun 21-də olacaq.
Qeyd edək ki, bu gün daha 4 boksçumuz 1/8 final görüşünə çıxacaq.
Oxşar xəbərlər
Kamran Şahsuvarlı yarımfinala yüksəldi
Boksçumuz Kamran Şahsuvarlı yarımfinala yüksəldi
Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazandı
Rio-2016: Üçüncü medalı Kamran qazandı: Minimum bürünc!
Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası