reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın rəqibləri məlum oldu -Yoldaşlıq oyunları üçün


"Qarabağ" yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.

Sportfm.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Ağdam təmsilçisinin Tirolda 4 yoldaşlıq oyunu nəzərdə tutulub.

Qurban Qurbanovun komandası iyulun 9-da Bakı vaxtı ilə saat 14:30-da Almaniya 2-ci bundesliqa təmsilçisi "Kaiserslautern" (Almaniya), həmin gün saat 20:00-da isə Çexiyanın yüksək liqasında yarışan "Viktoria Plzen" klubları ilə üz-üzə gələcək.

Növbəti yoldaşlıq oyunlarındakı rəqibləri və matçların vaxtı barədə daha sonra məlumat veriləcək.

Oxşar xəbərlər

“Qarabağ” Avsrtriya toplanışını başa vurdu
"Qarabağ" Polşaya nə vaxt yola düşür? - səfər proqramı açıqlandı
"Qarabağ"ın daha bir rəqibi məlum oldu
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu - Toplanış
"Qarabağ"ın Avstriyadakı rəqibləri müəyyən oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər