reklam
“İrəvan” I Liqadan kənarlaşdırıldı
Sportfm.az xəbər saytı

“İrəvan” I Liqadan kənarlaşdırıldı


“İrəvan” klubu AFFA-nın Lisenziya Komissiyası tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm üçün I Liqa yarışlarında iştirak üçün lisenziya əldə edə bilməyib.
Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bununla yanaşı, klub tərəfindən PFL-ə hər bir kluba apellyasiya müraciəti üçün təqdim edilən 10 günlük müddətdən istifadə edilməyəcəyi ilə bağlı elektron məktub ünvanlanıb.

Bütün bunları nəzərə alan qurum “İrəvan”ın lisenziyalaşdırma tələblərinə cavab vermədiyi üçün I Liqa yarışlarından kənarlaşdırılmasına qərar verib.

Bu mövsüm I Liqada sonuncu yeri tutmuş “Araz Saatlı” klubu qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci yeri tutmuş “Cəbrayıl” komandası ilə pley-off matçlarında mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycanda bu klub fəaliyyətini dayandırdı
"Şamaxı" Premyer Liqa lisenziyasını aldı - QƏRAR
AFFA 6 kluba lisenziya verdi - Avrokuboklar üçün
"Turan Tovuz" və "Zaqatala" Premyer Liqada olmayacaq!
"Zirə"nin UEFA-ya müraciəti cavablandırlıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər