Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
72 yaşlı mütəxəssis karyerasını başa vurur
“Kalyari”nin baş məşqçisi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
Sportfm.az xəbər verir ki, bu barədə 72 yaşlı mütəxəssis klubun saytına açıqlamasında bildirib.
Ranyeri 2022-ci ilin dekabr ayından rəhbərlik etdiyi İtaliya klubundan 2023/24 mövsümünün sonunda ayrılacaq.
“Kalyari” İtaliya A Seriyasında hazırda 15-ci yerdədir və elitadakı yerini qoruyub.
Məşqçilik karyerası ərzində Ranyeri “Lester”ə rəhbərlik edərkən (2015/16 mövsümü) İngiltərə çempionu olub. 1995/96 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə “bənövşəyilər”lə birlikdə mütəxəssis İtaliya superkubokunu qazanıb. Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA superkubokunu (2004) qazanıb.

Oxşar xəbərlər
"Kalyari"də yeni baş məşqçi
Ranyerinin yeni klubu məlum oldu
Ranyeri Premyer Liqaya qayıtdı
İlin ən yaxşı baş məşqçisi İtaliyaya yollana bilər!
2016-cı ilin ən yaxşı baş məşqçisi qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası