reklam
Emreli 2024-cü ildə ilk oyununa çıxdı
Sportfm.az xəbər saytı

Emreli 2024-cü ildə ilk oyununa çıxdı


Xorvatiya liqasında 35-ci turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” səfərdə autsayderlərdən olan (9-cu yer) “Slaven Belupo” ilə qarşılaşıb.

Ötən tur çempionluğu təmin etmiş Zaqreb təmsilçisi bu matçda 3:2 hesabı ilə qələbə qazanıb.

Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə Marko Roqu əvəzləyərək meydana daxil olub.

Bu, Emrelinin 2024-cü ildə meydana çıxdığı ilk rəsmi matç olub. O, ilin əvvəlində aldığı ağır zədə səbəbindən oyunları buraxmaq məcburiyyətində qalmışdı.

Oxşar xəbərlər

Mahir Emreli 6 ay sonra yaşıl meydana çıxdı
Emreli "Dinamo"nu məğlubiyyətdən qurtardı - Xorvatiya çempionatı
Mahir Emreli kubok matçında qol vurdu
Mahir oynadı, "Dinamo" qələbə qazandı - Xorvatiya çempionatı
Mahirin komandası qələbə qazandı - 5 qolla

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər