Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mahir Emreli 6 ay sonra yaşıl meydana çıxdı
Xorvatiya liqasında 35-ci turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” səfərdə autsayderlərdən olan (9-cu yer) “Slaven”lə qarşılaşıb.
Ötən tur çempionluğu təmin etmiş Zaqreb təmsilçisi bu matçda 3:2 hesabı ilə qələbə qazanıb.
“Dinamo”nun qollarını Brodiç (48), Kulenoviç (52) və Vrbançiç (90+5) vurublar. Beləliklə, zaqreblilər xalını 81-ə yüksəldiblər.
Qeyd edək ki, M.Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə Marko Roqu əvəzləyərək meydana daxil olub.
Bu, Emrelinin 2024-cü ildə meydana çıxdığı ilk rəsmi matç olub. O, ilin əvvəlində aldığı ağır zədə səbəbindən oyunları buraxmaq məcburiyyətində qalmışdı.
Xatırladaq ki, Emreli bu mövsüm “Dinamo” ilə bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 5 qol vurub, 5 qolun isə ötürməsini edib.

Oxşar xəbərlər
Emreli 2024-cü ildə ilk oyununa çıxdı
Emreli "Dinamo"nu məğlubiyyətdən qurtardı - Xorvatiya çempionatı
Mahir Emreli kubok matçında qol vurdu
Mahir start heyətdə - Xorvatiya çempionatı
İlk qolu Mahir vurdu, "Dinamo" qalib gəldi - Xorvatiya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası