reklam
İdmançımız nüfuzlu turnirdə yarımfinala yüksəldi
Sportfm.az xəbər saytı

İdmançımız nüfuzlu turnirdə yarımfinala yüksəldi


Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.

Sportfm.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə Hindistan, Gürcüstan, Qazaxıstan və İsraildən olan rəqiblərinə qalib gəlməklə, həlledici mərhələnin bir addımlığına yaxınlaşıb.

O, yarımfinalda Manuel Lombardo (İtaliya) ilə qarşılaşacaq.

Digər təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi 81kq) məşqçilərin etimadını doğrultmayıblar.

Yarışın ilk günündə cüdoçularımızdan Kamran Süleymanov bürünc medal qazanıb.

Oxşar xəbərlər

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində üçüncü oldu
Cüdoçularımızdan ilk gündə 2 medal - Böyük Dəbilqə
Cüdo yığmamızın “Böyük Dəbilqə” üçün heyəti - SİYAHI
Cüdoçularımız ikinci gündə medal qazana bilmədi - Böyük Dəbilqə
Daha 4 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər