reklam
Stadnik üçün Paris-2024-ə son şans
Sportfm.az xəbər saytı

Stadnik üçün Paris-2024-ə son şans


Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir.
Sportfm.az xəbər verir ki, bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.
Azərbaycan təmsilçisi Mariya Stadnik (50 kq) üçün Paris-2024-ə vəsiqə qazanmaq üçün son şansından istifadə edəcək. Stadnik ötən gün yarımfinalda məğlub olub və bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərimizdən Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) rəqiblərinə məğlub olaraq mübarizəni dayandırıblar.

Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.

Oxşar xəbərlər

Azərbaycan güləşçilərinin rəqibləri açıqlandı - Dünya Olimpiya Təsnifat turniri
Ölkəmizi İstanbulda 9 güləşçi təmsil edəcək - SİYAHI
Stadnik olimpiadaya lisenziya qazana bilmədi
Stadnik yarımfinalda - Olimpiya Təsnifat turniri
Güləş millilərinin Avropa çempionatı üçün ilkin heyətləri - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər