reklam
Hakimləri təhqir edən futbolçu cəzalandırıldı -
Sportfm.az xəbər saytı

Hakimləri təhqir edən futbolçu cəzalandırıldı -Qərar


AFFA İntizam Komitəsi “Karvan”ın futbolçusu Budaq Nəsirovu 4 oyunluq cəzalandırıb.

Sportfm.az xəbər verir ki, buna onun 1-ci Liqanın 25-ci turunun “Şamaxı” (0:3) ilə səfər oyununda hakimləri təhqir etməsi səbəb olub.

Qarşılaşmanın 10-cu dəqiqəsində birbaşa qırmızı vərəqə almaqla meydandan qovulan Nəsirov komandasını 300 manat ziyana salıb.

“Mingəçevir” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində qonaqların baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimələnib.

“İmişli” – “Qaradağ Lökbatan” matçının 42-ci dəqiqəsində meydana atılan kənar əşyanın hakimə dəyməsi nəticəsində 10 dəqiqə fasilə yarandığına görə bölgə klubu həm 500 manat cərimələnib, həm də xəbərdarlıq alıb. “İmişli” meydana kənar şəxs daxil olduğu üçün isə 80 manat ziyana düşüb.

Oxşar xəbərlər

“Kəpəz” cərimə ödəyəcək - 8500 manat
AFFA cərimə yağdırdı - 5 klub "tərlədi"
1-ci Liqada cəzalar açıqlandı - QƏRAR
“Karvan”a xəbərdarlıq edildi - azarkeşlərə görə
“Turan Tovuz” cərimə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər