reklam
“Bayer”dən yeni rekord
Sportfm.az xəbər saytı

“Bayer”dən yeni rekord


“Bayer” (Leverkuzen) Avropa futbolunda yeni rekord müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, Bundesliqa təmsilçisi UEFA Avropa Liqasının yarımfinal mərhələsinin “Roma” ilə cavab matçında (2:2) məğlubiyyətsiz oyunlar seriyasını 49-a çatdırıb.

Leverkuzenlilər bu göstəricidə Avropada birinci yerə çıxıblar. Komanda 1963-cü ildən 1965-ci ilə qədər bütün yarışlarda ardıcıl 48 görüşdə məğlub olmayan Portuqaliya “Benfika”sının rekordunu qırıb. Xabi Alonsonun yetirmələri bu mövsüm 40 qələbə, 9 heç-heçəyə imza atıblar.

“Bayer” “Roma” ilə iki oyunun nəticəsinə görə 4:2 hesablı qələbə qazanıb və Avropa Liqasının finalına yüksəlib.

Oxşar xəbərlər

"Bayer" "Roma"ya, "Marsel" "Atalanta"ya qarşı - Avropa Liqası
Leverkuzen təmsilçisi qalib gəldi - çempionluq gəlir
"Bayer" - "Qarabağ" - Avropa Liqası
"Qarabağ"ın rəqibindən məğlubiyyətsiz oyunlar seriyası
“Bayer” rekordunu təkrarladı - 29 il sonra

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər