reklam
Madrid klubu finalda -
Sportfm.az xəbər saytı

Madrid klubu finalda -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Real” doğma meydanda Almaniyanın “Bayern” komandasını qəbul edib.

Görüş Madrid klubunun qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma son dəqiqələrdə dubl edən Xoselu İspaniya komandasını finala daşıyıb.

Xatırladaq ki, Münhendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.

“Real” finalda Almaniyanın “Borussiya” (Dortmund) kollektivinə rəqib olub.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
8 may

“Real” (İspaniya) – “Bayern” (Almaniya) 2:1
Qollar: Xoselu, 88; 90+1 – Alfonso Deyvis, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid. “Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 2:2.

Oxşar xəbərlər

Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək
Bütün yollar "Real"a aparır - Çempionlar Liqası
Madriddə və Londonda iki möhtəşəm heç-heçə - Çempionlar Liqası
“Mançester Siti” və “Real” 1/4 finalda - Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında ilk finalçı bəlli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər