reklam
Madriddə və Londonda iki möhtəşəm heç-heçə -
Sportfm.az xəbər saytı

Madriddə və Londonda iki möhtəşəm heç-heçə -Çempionlar Liqası


UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib.

Sportfm.az xəbər verir ki, ilk gündə iki oyun baş tutub.

Hər iki görüşdə məhsuldar bərabərlik qeydə alınıb. Azarkeşlər bu matçlarda ümumilikdə 10 qol izləyiblər.

Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gəliblər. ÇL-in ən titullu komandası ilə son çempionun dueli dramatik alınıb. Altı qolluq matçda qalib müəyyənləşməyib.

Digər qarşılaşma Londonda baş tutub. “Arsenal”la “Bayern”in görüşündə də məhsuldar heç-heçə qeydə alınıb.

Mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək. Cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
9 aprel

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:3
Qollar: R.Dias, 12-öz qapısına. Rodriqo, 14. Valverde, 79 – B.Silva, 2. Foden, 66. Qvardiol, 71.
Baş hakim: Fransua Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.

Arsenal (İngiltərə) – Bayern (Almaniya) 2:2
Qollar: Saka, 12. Trossard, 76 – Qnabri, 18. H.Keyn, 32-pen.
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.

Oxşar xəbərlər

1/4 finalın son oyunları - "Mançester Siti" "Real"a, "Bayern" "Arsenal"a qarşı
"Barselona" PSJ-ni, "Atletiko" "Borussiya"nı məğlub etdi - Çempionlar Liqası
"Barselona” ilə PSJ üz-üzə - Çempionlar Liqası
1/4 final cütlükləri müəyyənləşdi - Çempionlar Liqası
"Real" almanları sınağa çəkəcək - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər