reklam
“Mançester Siti” və “Real” 1/4 finalda -
Sportfm.az xəbər saytı

“Mançester Siti” və “Real” 1/4 finalda -Çempionlar Liqası


Martın 6-da UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçirilib.

Sportfm.az xəbər verir ki, turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka “Kopenhagen”ini sınağa çəkib. Oyun İngiltərə klubunun qələbəsi ilə başa çatıb. Bununla da, MS ÇL-in 1/4 finalına vəsiqə əldə edib.

“Real” isə “Leyptsiq”lə üz-üzə gəlib. Madriddə keçirilən matçda heç-heçə qeydə alınsa da, ilk oyundakı qələbə “kral klubu”nu növbəti mərhələyə daşıyıb.

Ötən gün “Bayern” və PSJ də 1/4 finala vəsiqə qazanıb.

1/8 final mərhələsinin digər 4 cavab oyunu martın 12-13-də keçiriləcək.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

6 mart

Mançester Siti (İngiltərə) – Kopenhagen (Danimarka) 3:1
Qol: Akanji, 5. Alvares, 9. Haland, 45+3 – Elyunussi, 29.
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu
İlk oyun – 3:1

Real (İspaniya) – Leyptsiq (Almaniya) 1:1
Qol: Vinisius, 65 – Orban, 68.
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun – 1:0

Oxşar xəbərlər

1/4 finalın son oyunları - "Mançester Siti" "Real"a, "Bayern" "Arsenal"a qarşı
1/8 finala yekun vurulur - Çempionlar Liqası
Bu gün daha iki 1/4 finalçı müəyyənləşəcək - Çempionlar Liqası
1/8 final mərhələsi başlayır - Çempionlar Liqası
"Real" almanları sınağa çəkəcək - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər