reklam
“Golden Boy” mükafatına favoritlər açıqlandı
Sportfm.az xəbər saytı

“Golden Boy” mükafatına favoritlər açıqlandı


2024-cü il “Golden Boy” mükafatına namizədlərin siyahısı yenilənib.

Sportfm.az xəbər verir ki, Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizədə favoritlər açıqlanıb.

Siyahıya İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Lamin Yamal başçılıq edir. Onu Portuqaliya “Benfika”sının üzvü Joao Neveş izləyir. İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Yunayted”in formasını geyinən Alexandro Qarnaço qapayır.

Uorren Zaire-Emeri (PSJ, Fransa), Leni Yoro (“Lill”, Fransa), Savio (“Jirona”, İspaniya) və Kobbi Meynu (“Mançester Yunayted”, İngiltərə) növbəti yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, “Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. 2023-cü ildə İspaniya “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem bu ada yiyələnib.

Oxşar xəbərlər

Cud Bellinqem ən yaxşı futbolçudur
İlin məşqçisi mükafatına namizədlərin adları açıqlanıb
Avropanın ən yaxşı gənc oyunçusu - Bellinqem
"Golden Boy-2022" mükafatına namizədlər
"Golden Boy" mükafatına namizədlər açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər