reklam
120 illik tarixlərində ilk dəfə çempion oldular -
Sportfm.az xəbər saytı

120 illik tarixlərində ilk dəfə çempion oldular -Bundesliqa


Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Darmştadt” evdə “Frayburq”a uduzub. Lider “Bayer” isə “Verder”i qəbul edib və darmadağınla qalib gələrək mövsümün sonuna 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Bu, “Bayer”in tarixində ilk Almaniya çempionluğudur. Bundesliqada son 11 mövsümün qalibi “Bayern”dir.

Hazırda 79 xalı olan “Bayer”i 63 xalla “Bayern” və “Ştutqart” izləyirlər. “Leypsiq” və Dortmund “Borussiya”sı 56, “Ayntraxt” 42 xal toplayıb.

Almaniya Bundesliqası
29-cu tur
12 aprel

Auqsburq – Union Berlin 2:0
Qollar: Tiets, 47. Miçel, 81.

13 aprel

Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 1:2
Qollar: Vöber, 36 – Zabitser, 22; 28-pen.

Bayern – Köln 2:0
Qollar: R.Gerrero, 65. Müller, 90+3.

Boxum – Haydenhaym 1:1
Qollar: Şlotterbek, 90 – Şlotterbek, 81-öz qapısına.

Maynts – Hoffenhaym 4:1
Qol: Burkardt, 47; 41. Qruda, 63. Onisivo, 88 – Kaderabek, 19.

Leypsiq – Volfsburq 3:0
Qollar: Olmo, 13. Şeşko, 68. Openda, 82.

Ştutqart – Ayntraxt 3:0
Qollar: Girassi, 11. Undav, 17. Levelinq, 37.

14 aprel

Darmştadt – Frayburq 0:1
Qol: Doan, 36.

Bayer – Verder 5:0
Qollar: Bonifase, 25-pen. Caka, 60. Virts, 68; 83; 90.

Oxşar xəbərlər

"Bayer" yenə qalib gəldi, bu dəfə 5 top vurdu
Münhen klubu üçün təsəlli qələbəsi -
“Bayer”dən növbəti qələbə - Almaniya Bundesliqası
Onları durdurmaq mümkün deyil...
Sacha Boey debüt etdi, münhenlilər qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər