Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Millimizi Avropa çempionatında təmsil edəcək idmançılar bilindi -SİYAHI
Azərbaycanın Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək 6 karateçisi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, buna qitəmiqyaslı yarışa yollanmağa namizədlər arasında təşkil olunan şəxsi görüşlərdə aydınlıq gəlib.
Seçimlərin ilk günündə 4 çəki dərəcəsi üzrə karateçilər üz-üzə gəliblər. Seçmə görüşləri Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayev də izləyiblər.
Hər çəkidə idmançılar qruplara bölünərək dairəvi sistemdə yarışıblar. Yığma məşqçilərinin iştirakı ilə keçirilən ilk günün nəticələrinə əsasən, kişilər arasında Fərid Savadovla (60 kq) Fərid Ağayev (75 kq), qadınlarda isə Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) Avropa çempionatına yollanmaq hüququna yiyələniblər.
Kata seçimlərində qadınlarda Ramilə Heydərova, kişilərdə Roman Heydərov bütün rəqiblərini üstələyiblər.
Digər çəki dərəcələri üzrə qitə birinciliyində yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşləri nəticəsində aydınlıq gələcək.
Karate üzrə Avropa çempionatı mayın 8-12-si aralığında gerçəkləşəcək.

Oxşar xəbərlər
Parakarateçilərimiz Avropa çempionatında iştirak edəcək
Ölkə çempionatında bir ilk yaşanacaq
Yeniyetmələrin Avropa çempionatı yeni qaydalarla keçiriləcək
Avropa çempionatına 10 idmançı ilə
Cüdo üzrə ölkə çempionatının ilk günündə 9 çəki dərəcəsinin qalibi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin