reklam
Azərbaycanın 2 boksçusu finala çıxdı -
Sportfm.az xəbər saytı

Azərbaycanın 2 boksçusu finala çıxdı -Beynəlxalq turnir


Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib.

50 kq-da yığmanın boksçuları Anaxanım İsmayılova və Marjona Savriyeva üz-üzə gəliblər. Görüş ikincinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Savriyeva finalda Günel Rəhimova (Azərbaycan) ilə döyüşəcək.

Zeynəb Rəhimova da yarımfinal qarşılaşmasından qalib ayrılıb. 54 kq çəkidə qüvvəsini sınayan boksçumuz italiyalı Alyona Savçuku məğlub edib – 3:2. O, həlledici görüşdə Şahina Nematova (Özbəkistan) ilə münasibətinə aydınlıq gətirəcək.

İsmayılova ilə yanaşı, Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kq) turniri bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Şahina Nematova (Özbəkistan), Nikoli Rebekka (İtaliya) və Buday Vivienə (Macarıstan) məğlub olublar.

5 çəki dərəcəsi üzrə keçirilən yarışda qadın boksçuların final döyüşləri martın 27-də baş tutacaq. Sabah, həmçinin qızıl medal uğrunda Mehparə Məmmədova (48 kq) Erika Priskiandaro (İtaliya) ilə, Lalə Namazlı (63 kq) isə Canfora Assunta (İtaliya) ilə gücünü yoxlayacaq.

11 ölkənin 121 idmançısının qatıldığı “Böyük İpək Yolu”nda kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.

Oxşar xəbərlər

Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu
Boksçularımız Bakıda keçirilən beynəlxalq turnirdə medal qazandı
Boksçularımız beynəlxalq turnirdə mərhələ adladı
Bakıda “Böyük İpək Yolu” turniri keçiriləcək
Boksçularımız finalda - 3-ü bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər