Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə"nin futbolçusu Yaponiyaya qarşı oynadı
Ukraynanın Olimpiya yığması (U-23) yoldaşlıq oyunu keçirib.
Sportfm.az xəbər verir ki, "Zirə"nin yarımmüdafiəçisi Eldar Quliyevin çıxış etdiyi komanda Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Yaponiyanın Kitakyuşu şəhərində keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Eldar Quliyev 46-cı dəqiqədə meydana çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, 22 yaşlı Azərbaycan əsilli Eldar Quliyev Ukraynada doğulub və həmin ölkənin vətəndaşıdır. O, Ukraynanın U-21 millisində də çıxış edib. Ukraynada bir neçə klubda oynayan Quliyev 2023-cü ilin fevralından “Zirə”nin üzvüdür.

Oxşar xəbərlər
Eldar Quliyev Ukrayna millisinə çağırıldı
"Zirə"nin oyunçusu Olimpiya millisinə dəvət edildi
"Zirə" Quliyev üçün 100 000 təzminat ödədi
"Zirə"nin yeni transferi - 3,5 illik müqavilə
Azərbaycanlı futbolçu Ukrayna yığmasına dəvət aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası