reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin oyunçusu Olimpiya millisinə dəvət edildi


"Zirə”nin futbolçusu Eldar Quliyev Ukraynanın Olimpiya millisinə çağırılıb.
Sportfm.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin adı Macarıstanda (17-25 mart) təlim-məşq toplanışı və Yaponiya ilə yoldaşlıq oyunu üçün baş məşqçi Ruslan Rotanın heyətində yer alıb.

"Sabah"ın keçmiş futbolçusu Aleksey Kaşuk da milliyə dəvət olunub.

Qeyd edək ki, Ukraynanın U-21 yığması Avro-2023-də yarımfinala yüksələrək tarixində ilk dəfə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunlarının futbol turnirlərinin püşkatma mərasimi martın 20-də Parisdə olacaq. Turnir iyulun 24-dən avqustun 9-dək Fransanın Paris, Marsel, Lion, Bordo, Sent-Etyen, Nitsa və Nant şəhərlərində təşkil olunacaq.

Oxşar xəbərlər

"Zirə"nin futbolçusu Yaponiyaya qarşı oynadı
Eldar Quliyev Ukrayna millisinə çağırıldı
"Səbail"in futbolçusu milliyə dəvət olundu
"Neftçi"nin legioneri milliyə dəvət aldı
Cokoviç Paris Olimpiadasında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər