reklam
Millimiz yeni oyun forması ilə təmin olunacaq
Sportfm.az xəbər saytı

Millimiz yeni oyun forması ilə təmin olunacaq


Bir neçə ildir ki, Umbro ilə əməkdaşlıq edən AFFA yeni şirkətlə anlaşıb. 
Sportfm.az xəbər verir ki, futbol qurumu Umbrodan Azərbaycan milli komandası üçün Avro-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə etmişdi. 
Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millimizin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən Umbro və Nike şirkətləri ilə danışıqlar aparıb. Nike şirkəti Umbro ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə Nike arasında razılıq əldə olunub. Beləliklə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana Nike istehsalı formada çıxacaq.
Formanın dizaynı ilə iyunun 8-də, saat 11:00-da affa.az-da və AFFA-nın rəsmi facebook səhifəsində tanış ola bilərsiniz.
 

Oxşar xəbərlər

AFFA klublara top payladı - I Divizion
Klublar "Nike" topları ilə təmin edildi - AFFA
AFFA klublara top payladı - FOTO
Dünyaca məşhur şirkətdən "Səbail" üçün hədiyyə
“Həm ucuzdur, həm də keyfiyyətli” – AFFA-dan forma tənqidinə cavab

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər