reklam
Hakimi təhqir edən futbolçu cəzalandırıldı -
Sportfm.az xəbər saytı

Hakimi təhqir edən futbolçu cəzalandırıldı -QƏRAR


Azərbaycan Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”la oyunda hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanov cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, komandasının 0:2 hesabı ilə məğlub olduğu matçın 78-ci dəqiqəsində qırmızı vərəqə alan oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bu, “Araz-Naxçıvan”ın 3000 manat cərimələnməsinə səbəb olub. Görüşdə 4 futbolçusu sarı vərəqə alan naxçıvanlılar daha 700 manat cərimə ediliblər. “Turan Tovuz” isə 6 oyunçusunun sarı vərəqə alması ucbatından 700 manat ziyana düşüb.

“Kəpəz” – “Neftçi” qarşılaşmasında isə birincilərin azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən, Gəncə təmsilçisi 1000 manat cərimə olunub.

Oxşar xəbərlər

“Kəpəz” cərimə ödəyəcək - 8500 manat
AFFA cərimə yağdırdı - 5 klub "tərlədi"
"Qarabağ"ın kassasından 1500 manat çıxdı
Tovuz klubu 3 qaydanı pozduöu üçün cərimələndi
İntizam Komitəsi qərarları açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər