reklam
Qurban Qurbanov Xabi Alonsoya Qarabağ xalçası hədiyyə etdi –
Sportfm.az xəbər saytı

Qurban Qurbanov Xabi Alonsoya Qarabağ xalçası hədiyyə etdi –FOTO


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə görüşüb.
Sportfm.az xəbər verir ki, görüş “Bayer” klubunun Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı “Hilton” hotelində baş tutub.

Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. O, “Bayer”in Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib.

Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspaniyalı mütəxəssis də “Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı çıxışını izlədiyini vurğulayıb. Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.

Görüşün sonunda Qurban Qurbanov “Bayer”in baş məşqçisinə xüsusi hazırlanmış əl işi olan ipək Qarabağ xalçası hədiyyə edib. Yekunda mütəxəssislər xatirə şəkli çəkdiriblər.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.

Oxşar xəbərlər

“Qarabağ” çox güclü komandadır" - Xabi Alonso
Alonsoya 3 illik təklif
Qurban Qurbanov "Bayer 04"-ün məşqini izlədi
Qurban Qurbanov:"İspaniyalı mənə onlar haqda geniş məlumat verdi"
Qurban Qurbanov Xabi Alonso ilə Leverkuzendə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər