reklam
“Baku Sporting”dən Şamaxıda qızıla bərabər 1 xal
Sportfm.az xəbər saytı

“Baku Sporting”dən Şamaxıda qızıla bərabər 1 xal


Futbol üzrə İkinci Liqada 15-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, turun mərkəzi matçı Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutub. Belə ki, turnir cədvəlinə liderlik edən Buzovna təmsilçisi “Baku Sporting” ikinci sırada olan “Şahdağ Qusar”ın qonağı olub. Ev oyunlarını Şamaxıda keçirən Qusar təmsilçisi qarşılaşmada hesabı açıb. Veteran futbolçu Rahid Əmirquliyev fərqlənib. İlk 45 dəqiqə bu hesabla bitib. İkinci hissə başlayan kimi “Baku Sporting” kapitanı Röyal Nəcəfov status-kvonu bərpa edib.
Qonaqlardan Elməddin Hüseynzadə qırmızı vərəqə görüb azlıqda qalsalar da, onlar meydanı 1 xalla tərk edib.
Bununla da, “qızıla bərabər 1 xal” qazanan Elman Sultanovun komandası xallarının sayını 38-ə çatdırıb və liderliyini davam etdirib.

Oxşar xəbərlər

"Baku Sportinq" Birinci Liqaya vəsiqə qazandı
"Baku Sporting"in ölkə futboluna bəxş etdiyi istedad - FOTO
"Cəbrayıl" üçün önəmli matç - İkinci Liqa
Türkmənistan təmsilçisi Bakıda qalib gəldi
"Baku Sporting" Premyer Liqada çıxış edən futbolçu ilə gücləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər