reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Bayer" ilə oyun üçün 22 futbolçu sifariş etdi


"Qarabağ" klubu Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya təmsilçisi "Bayer 04" ilə keçiriləcək oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov 22 futbolçunun adını iştirak ərizəsinə daxil edib.

Onlardan 21-i A, 1-i B siyahısında yer alıblar.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;

Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;

Yarımmüdafiəçilər: Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade;

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə;

Qeyd edək ki, "Qarabağ" "Bayer 04" ilə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.

Oxşar xəbərlər

“Qarabağ" “Braqa” ilə oyunların iştirak ərizəsini açıqladı
"Qarabağ" iştirak ərizəsini UEFA-ya göndərdi - Avropa Liqası
"Qarabağ" sifariş ərizəsini UEFA-ya göndərdi - SİYAHI
"Qarabağ" yeni transferini iştirak ərizəsinə daxil etdi - SİYAHI
“Qarabağ” Avropaya 2 hücumçu ilə gedir - iştirak ərizəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər