reklam
Sportfm.az xəbər saytı

"Turan" azarkeşlərinə görə ziyana düşdü


AFFA İntizam Komitəsi “Turan Tovuz”u azarkeşlərinə görə 1800 manat cərimələyib.

Sportfm.az xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi” ilə keçirilən ev oyununda qeydə alınan neqativ hallar olub.

Azarkeşlərinin meydana kənar əşya atmaları Tovuz təmsilçisinin 800 manat cərimələnməsinə yol açıb. Bundan başqa, tovuzlular rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal mövsümdə üçüncü dəfə yaşandığından, “Turan Tovuz” daha 1000 manat ziyana düşüb.

Eyni zamanda, qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılan 6 ədəd oturacağa görə stadiona dəyən zərər “Neftçi” tərəfindən ödənilməlidir.

Oxşar xəbərlər

Azarkeşlər "Kəpəz"i ziyana saldı
AFFA “Neftçi”ni cərimələdi - QƏRAR
“Turan Tovuz”un futbolçusuna ağır cəza - QƏRAR
İntizam Komitəsinin qərarları açıqlandı
"Sabah" və "Neftçi"yə xəbərdarlıq edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər