Ramiz Məmmədov, Roman Qriqorçuk və Elmar Baxşıyev
Misli Premyer Liqasının XXVII turu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “qırmızı-qaralar”ı 100-cü çempionat matçına çıxarıb. Bu, “Şamaxı” ilə ev görüşünə təsadüf edib.
Qəbələ şəhər stadionundakı görüşdə komanda 2:0 hesablı qələbə qazanıb. Baxşıyevin rəhbərliyi altındakı 100 görüşdə 31-ci qalibiyyəti olub. “Qəbələ” bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub.
Baxşıyev Premyer Liqada 100 və daha çox görüşdə “qırmızı-qaralar”a rəhbərlik edən üçüncü mütəxəssisdir. Onadək Ramiz Məmmədovla Roman Qriqorçuk da “100”ü arxada qoyub.
Xatırladaq ki, baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün “Qəbələ” səfərdə “Sabah”a qalib gəlib – 1:0.
Oxşar xəbərlər
"Qəbələ"də 100-cü oyunu - Elmar Baxşıyev
"Qəbələ" "Qəbələ"ni məğlub etdi - 4:0 - Yoxlama görüşü
"Qəbələ"nin 50-ci böyük hesablı qələbəsi
Premyer Liqada 14-cü start
"Qəbələ" üçün "nəs rəqəm" - 13-cü start
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa














Misli Premyer Liqası