reklam
Çeferin növbəti seçkilərdə namizəd olmayacaq
Sportfm.az xəbər saytı

Çeferin növbəti seçkilərdə namizəd olmayacaq


UEFA prezidenti Aleksander Çeferin növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.
Sportfm.az xəbər verir ki, bunu sloveniyalı futbol funksioneri Fransanın paytaxtı Parisdə keçirilən qitə futbol qurumunun 48-ci Konqresində açıqlayıb.

O bildirib ki, 2027-ci ildə hazırkı işinə son qoyacaq: “Koronavirus pandemiyasından, münaqişələrdən, Superliqa kimi cəfəng layihələrdən, özü-özünü təyin edən əxlaqi avtoritetlərdən bezmişəm. Fırtınada gəmini yaxşı idarə etməyi bacaran kapitan olduğum üçün fəxr edə bilərəm. 6 ay əvvəl qərar verdim ki, növbəti seçkidə namizədliyimi irəli sürməyim. Səbəblər arasında təzə qana ehtiyac olması və ailəmə çox vaxt ayıra bilməməyim də var”.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir. Qitə futbol qurumunda növbəti prezident seçkisi 2027-ci ildə gerçəkləşəcək.

Oxşar xəbərlər

Aleksander Çeferin İlham Əliyevi təbrik etdi
FİFA prezidenti sərt danışdı: "Daha sərt olmalıyıq"
Çeferin yenidən namizəd olacaq
Çeferin yenidən UEFA prezidenti oldu
UEFA-nın yeni prezidenti məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər