Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Xankəndi - Bakı ultra marafonu keçiriləcək
İlk dəfə Xankəndi - Bakı ultra marafonu keçiriləcək.
Sportfm.az xəbər verir ki, yarış fevralın 29-da start götürəcək.
Xankəndidə başlayacaq ultra marafonda iştirakçılar 380 km məsafə qət edərək, finişə Bakıda çatacaqlar. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək.
Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.
“Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafona qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs fevralın 20-dək https://ultramarathon.mys.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilər.

Oxşar xəbərlər
Xankəndi – Bakı ultra marafonunun 3-cü mərhələsi başa çatıb - FOTO
Xankəndi - Bakı ultramarafonuna start verilib
“Gəncə Marafonu-2017” keçiriləcək
Millət vəkili “Bakı Marafonu 2017”də iştirak edəcək - FOTO
Leyla Əliyeva çağırış etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin