reklam
Rahil Məmmədov Polşada oynaya biləcək - qadağa qalxdı
Sportfm.az xəbər saytı

Rahil Məmmədov Polşada oynaya biləcək - qadağa qalxdı


Bir müddət əvvəl Polşanın LKS klubuna keçən Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni komandasında oynaması üçün heç bir əngəl qalmayıb.
Sportfm.az xəbər verir ki, FIFA tərəfindən Lodz təmsilçisinə qoyulmuş transfer qadağası ləğv olunub.

Polşa təmsilçisi keçmiş futbolçuları Mikel Reyqaard və Rikardinyoya olan borcunu tam ödədiyi üçün qış transfer pəncərəsində heyətinə qatdığı yeni oyunçuların qeydiyyatdan keçirilməsinə icazə verilib.

Qeyd edək ki, Rahil Məmmədov ötən ay LKS klubu ilə 1,5 illik müqavilə imzalayıb. “Neftçi”nin yetirməsi olan futbolçu son olaraq “Qarabağ”ın formasını geyinib.

Oxşar xəbərlər

Rahil debüt etdi, komandası qələbə qazandı
Rahil Məmmədov Polşada qaldı - 2 illik müqavilə imzaladı
Rahil bu dəfə də start heyətində
Rahil Məmmədov "LKS Lodz"un heyətində debüt etdi - FOTO
Rahil Məmmədov Polşa klubunda - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər