reklam
Azərbaycan çempionatında XI turun təqvimi
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatında XI turun təqvimi


Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb.
Sportfm.az xəbər verir ki, III dövrənin matçları yanvarın 30-31-də keçiriləcək.

İlk olaraq ayın 30-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:00-da start götürəcək. Günün digər oyunu saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Ertəsi gün bir görüş reallaşacaq. “Azərreyl” UNEC-i sınağa çəkəcək. UNEC-in idman zalında təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.

Oxşar xəbərlər

12-ci turun oyun cədvəli açıqlandı
UNEC öz zalında məğlub oldu
II dövrənin son turunun təqvimi - Azərbaycan çempionatı
Oyunların vaxtı açıqlandı - Azərbaycan çempionatında
Azərbaycan çempionatında növbəti oyunların vaxtı bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər