Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Komandası kubok qazandı, dünyanın ən titullu futbolçusu oldu
Fransa kubokunun final matçı keçirilib.
Sportfm.az xəbər verir ki, "Stad de Frans" stadionunda baş tutan görüşdə PSJ və "Anje" üz-üzə gəlib. Gərgin keçən oyunda parislilər 1:0 hesabı ilə qalib gələrək, Fransa kubokuna sahib olub. Komandanın heyətində yer alan braziliyalı futbolçu Maksvell bu qələbə ilə 37-ci titulunu qazanıb. Belə ki, müdafiəçinin aktivində PSJ-də əldə etdiyi 15 trofeylə yanaşı, "Barselona"da 10, "Ayaks"la 6, "İnter"lə 5 və "Kruzeyro" ilə qazandığı bir titul var. Bununla da o, dünyada, klub səviyyəsində ən çox titulu olan futbolçu ünvanını əldə edib.
Oxşar xəbərlər
"Qarabağ" 20-ci titulunu qazandı
Fransa Kubokunun qalibi məlumdur - 14-cü mükafat
Parislilər Çində Fransa Superkubokunu qazandı - FOTO
PSJ finalda məğlub oldu, "Renn" 3-cü dəfə ölkə kubokunu qazandı
Alveş daha bir titula sahib oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası