Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Kaşuk "Neftçi"dən danışır
Donetsk “Şaxtyor”unun futbolçusu Aleksey Kaşuk karyerasını harada davam etdirəcəyini hələ dəqiqləşdirməyib.
Sportfm.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi uğrunda əsas mübarizənin “Neftçi” və Xorvatiya “Hayduk”u arasında getdiyi bildirilir. Baxmayaraq ki, bakılılar bu transferdə maraqlı olmadığını açıqlayıb.
“Sabah”ın sabiq oyunçusu ölkəsinin mətbuatına açıqlamasında komandasını dəyişəcəyini istisna etməyib. Lakin o, hələ qərar vermədiyini sözlərinə əlavə edib: “Danışıqlar davam edir. Müxtəlif klublar maraq göstərir, təkliflərə açığam. Bütün variantları nəzərdən keçirməyə hazıram. Amma hər şeyin necə olacağını görəcəyik. Hələlik konkret bir şey deyə bilmərəm”.
Qeyd edək ki, Aleksey Kaşuk 2022-2023-cü illərdə “Sabah”ın formasını geyinib. 23 yaşlı hücumameyilli futbolçunun “Şaxtyor”la müqavilə müddəti mövsümün sonuna qədərdir.(futbolinfo)

Oxşar xəbərlər
Kaşuk “Sabah”dan ayrıldı - Ayrılıq
“Sabah”dan ayrılan futbolçu Türkiyə klubuna keçir
Kaşuk qayıtdı - TRANSFER
"Sabah"ın legionerindən ilk qol - Premyer Liqa
"Sabah"dan yeni transfer - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin