reklam
“Sabah”dan ayrılan futbolçu Türkiyə klubuna keçir
Sportfm.az xəbər saytı

“Sabah”dan ayrılan futbolçu Türkiyə klubuna keçir


“Trabzonspor” klubu 2022/23 mövsümündə icarə əsasında çıxış etdiyi “Sabah”dan ayrılan ukraynalı futbolçu Aleksey Kaşuku transfer etmək niyyətindədir.
Sportfm.az xəbər verir ki, Qara dəniz təmsilçisinin çalışdırıcısı Nenad Belitsa 23 yaşlı yarımmüdafiəçinin keçidi üçün rəhbərliyə müraciət edib.

U-21-lər arasında keçirilən Avropa çempionatında Ukrayna – Xorvatiya (2:0) matçını tribunadan izləyən mütəxəssis Kaşukun çıxışına heyran qalıb. Türkiyə klubu Ukraynanın 2:0 qalib gəldiyi görüşdə bir qola imza atan oyunçu üçün müqavilə ilə məxsus olduğu “Şaxtyor”a (Donetsk) təklif göndərəcək.

İngiltərənin “Sauthempton” klubunun yarımmüdafiəçisi Mislav Orsiçlə bağlı danışıqların uğursuz nəticələnməsi trabzonluların diqqətini Kaşuka yönəltmələrinə səbəb olub.

“Sabah” da ötən mövsüm icarə əsasında komandada forma geyinən Aleksey Kaşuku yenidən icarəyə götürmək istəyir.

Oxşar xəbərlər

"Qarabağ" ukraynalı futbolçnun transferini açıqladı - RƏSMİ
Kaşuk qayıtdı - TRANSFER
“Kəpəz” “Sabah”ın futbolçusunu icarəyə götürdü
“Tottenhem”dən daha bir oyunçu “Qalatasaray”da
"Sabah"ın yeni transferi milliyə çağırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər