reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"də görünməyən olaylar - Pul yeyintisi, məşqçi qovmaq və külli miqdarda borc -İDDİA


"Kəpəz"in mühafizə xidmətinin sabiq rəisi Elmar Əliyev ötən gecə videomüraciət edərək, klubun idarə heyətinin sədri İlqar Nadiriyə qarşı dəhşətli ittihamlar səsləndirib.
Sportfm.az xəbər verir ki, 18 dəqiqəlik müraciətdə Əliyev "Kəpəz"də pul yeyildiyini, klubun stadionlara, otellərə, restoranlara borclu olduğunu, Gəncə komandasına ayrılan pulların kimlərinsə ciblərinə axdığını iddia edib.
Elmar Əliyev klubdan göndərilən məşqçilərin Nadiri tərəfindən qəsdən göndərildiyini, onun muzdlu azarkeş dəstəsi tutaraq Yaşar Vahabzadəni, Tərlan Əhmədovu, Azər Məmmədovu istefaya səslətdiyini bəyan edib.
Sabiq əməkdaşın sözlərinə görə, klubda yeyinti ən yüksək həddə çatıb. Legioner futbolçulara "Qəbələ" üzərində qələbəyə görə yüksək mükafat verilib, yerlilər isə yaddan çıxıb.
Hazırda işini itirən Əliyev bildirib ki, Nadiri klubu sevənləri, onun oğlunu belə komandadan uzaqlaşdırıb.
"Kəpəz"in turnir cədvəlində bu yerə layiq olmadığını söyləyən sabiq rəis, digər müəmmalı yeyintilər haqqında da məlumat verib.
Görürən odur ki, "Kəpəz"də ciddi çalxantı olacaq. Hazırda böyük bir dəstə Nadirinin klubun düşməni olduğunu deyərək, onu istefaya səsləyir.

Oxşar xəbərlər

“Kəpəz”in bıçaqlanan azarkeşi əməliyyat edildi
Gəncə stadionuna yenidən baxdılar
İcra başçısı Tərlan Əhmədovla görüşdü - FOTO
“Kəpəz”i dəyərli, qiymətli edən onun azarkeşləridir” - “Kəpəz” rəsmisi
"Kəpəz" rəsmisi işdən çıxarıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər