Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Joze Mourinyo daha bir trofey qazandı
İsveçdə Avropa Liqasının finalı keçirilib.
Sportfm.az xəbər verir ki,həlledici görüşdə "Ayaks" və "Mançester Yunayted" üz-üzə gəlib.
Çempionlar Liqasına çıxmaq baxımından əhəmiyyətli olan oyun buna daha çox ehtiyacı olan "Mançester Yunayted"in qələbəsi ilə başa çatıb. Belə ki, Joze Mourinyonun yetirmələri Premyer Liqada 6-cı yerdə qərarlaşdırdıqlarından bu matça xilas kimi baxırdılar.
Görüşdə hesabı Pol Poqba açıb. Fransız oyunçu 18-ci dəqiqədə fərqlənib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarının əvvəlində Mxitaryanın qolu ilə fərqi iki topa çatdıran "qırmızı şeytanlar" sona qədər üstünlüyü əldən verməyib və kuboku Mançesterə aparmağı bacarıb.
Avropa Liqası
Final
24 may
"Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
Qollar: Poqba, 18, Mxitaryan, 48
Baş hakim: Damir Skomina
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Robert Vukan
Stokholm. "Frends Park" stadionu
Oxşar xəbərlər
"Ayaks" "Mançester Yunayted"ə qarşı
"Mançester Yunayted" və "Ayaks" finalda!
"Mançester Yunayted" klub rekordunu təkrarladı
“Mançester Yunayted” mövsümə kubokla başladı - VİDEO
Mourinyo daha bir ulduz istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası