reklam
“Mançester Yunayted” mövsümə kubokla başladı - VİDEO
Sportfm.az xəbər saytı

“Mançester Yunayted” mövsümə kubokla başladı - VİDEO


İngiltərə super kubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, son Premyer Liqa çempionu "Lester" və  Federasiya Kubokunun qalibi "Mançester Yunayted" "Uembli"də münasibətlərinə aydınlıq gətiriblər. Oyunda hesabı Joze Mourinyonun yetirmələri açıb. "Tülkülər" Linqardın qoluna ikinci hissədə cavab veriblər. Ceymi Vardi hesabda tarazlığı bərpa edib. Oyunda son nöqtəni isə mankunianların yeni transferi, Zalatan İbrahimoviç qoyub - 2:1. Beləliklə, Mourinyo "Mançester Yunayted"in "sükan”ı arxasında ilk titulunu qazanıb. Bu, "qırmızı şeytanlar"ın qazandığı sayca 21-ci super kubokdu. 
 
İngiltərə superkuboku
7 avqust 
 
"Lester” – "Mançester Yunayted” – 1:2
Qollar: Ceymi Vardi, 52 - Yesse Linqard, 32. Zlatan İbrahimoviç, 83

Oxşar xəbərlər

"Mançester Yunayted" çempionu məğlub etdi - VİDEO
İbrahimoviç "Mançester Yunayted"ə qələbə qazandırdı -VİDEO
Mourinyo azarkeşlərdən üzr istəyib - VİDEO
“Mançester Siti”, “Arsenal” və “Liverpul” qələbə qazandılar
Konte: "İbrahimoviç "Mançester Yunayted"lə çempion ola bilməyəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər