Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mançester Yunayted" və "Ayaks" finalda!
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, bununla da Stokholmdakı final matçına yollanacaq komandalar müəyyənləşib.
İlk oyunda səfərdə "Ayaks"a 4:1 hesabı ilə məğlub olan "Lion"u doğma meydandakı 3:1 də xilas etməyib. Hollandiyalılar azlıqda qalsalar da, sona qədər əzmkarlıqlarını qoruyaraq finala çıxıblar.
"Ayaks" bu nəticə ilə 1995-96 mövsümündən, yəni 21 ildən sonra ilk dəfə avrokubokların finalında oynamağa haqq qazanıb.
"Selta" üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan "Mançester Yunayted" isə bu dəfə rəqibini "Old Trafford"da qəbul edib. Hər iki komandanın qırmızı vərəqə ilə cəzalandığı oyunda bərabərlik qeydə alınıb - 1:1. Çətinliklə də olsa, rəqibini keçməyi bacaran "Mançester Yunayted" finala üksələn ikinci komanda olub.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
11 may
"Mançester Yunayted" (İngiltərə) - "Selta" (İspaniya) - 1:1
Qollar: Fellaini, 17 - Ronkalya, 85
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Mançester. "Old Trafford" stadionu
İlk oyun - 1:0
"Mançester Yunayted": 20. Serxio Romero, 3. Erik Beyli, 6. Pol Poqba, 14. Xese Linqard, 17. Deyli Blind, 19. Markus Reşford, 21. Ander Errera, 22. Henrik Mxitaryan, 25. Antonio Valensiya (k), 27. Maruan Fellaini, 36. Matteo Darmian
"Selta": 1. Serxio Alvarez, 2. Mallo, 6. Nemanya Radoxa, 8. Pablo Hernandez, 9. Con Quidetti, 10. Yaqo Aspas, 11. Pione Sisto, 18. Daniel Uass, 19. Conni, 22. Qustavo Kabral, 24. Fakundo Ronkalya
"Lion" (Fransa) - "Ayaks" (Hollandiya) - 3:1
Qollar: Lakazette, 45, 45+1, GezzaL .81 - Dolberq, 27
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lion. "Stad de Luymer"
İlk oyun - 1:4
"Lion": 1. Antonio Lopez, 3. Nikolas Nkulu, 5. Muxtar Diaxabi, 8. Sorentin Tolisso, 10. Aleksandr Lakazette, 15. Ceremi Morel, 18. Nabil Fekir, 20. Rafael, 21. Maksim Qonalons, 27. Maksvel Kornet, 28. Metyu Valbuena
"Ayaks": 24. Andre Onana, 3. Joel Veltman, 5. Davinson Sançez, 9. Bertrand Traore, 10. Deyvi Klaasen, 11. Amin Yunus, 20. Lasse Şöne, 22. Hakim Ziyeç, 25. Kasper Dolberq, 26. Nik Virgever, 36. Matyis De Layt
Oxşar xəbərlər
Joze Mourinyo daha bir trofey qazandı
"Ayaks" "Mançester Yunayted"ə qarşı
Avropa Liqasının oyunlarına hakim təyinatları açıqlandı
Avropa Liqası: 4 fərqli çempionat, 4 iddialı
İki Belçika klubu 1/4 finalda, italyanlar üçün son gecə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası