reklam
Yenə futbol yaddan çıxdı, qadınlardan danışdı
Sportfm.az xəbər saytı

Yenə futbol yaddan çıxdı, qadınlardan danışdı


Sabiq ingilis futbolçu, hazırda “Bristol Rovers”in baş məşqçisi Co Barton FA Kubokunun 1/32 finalında keçirilən “Kristal Pelas” – “Everton” (0:0) matçına görə qadın ekspert Eni Alukonu tənqid edib.
Sportfm.az xəbər verir ki, “O, topu necə vuracağını belə bilmədiyi halda kişi futbolu haqqında necə danışır? “Everton” oyunu haqda danışması, onu ən aşağı səviyyəyə qaldırdı”, – Barton sosial media X-də (əvvəllər Twitter) yazıb.
Barton əvvəllər futbolda qadınlarla bağlı söylədiyi fikirlərə görə tənqid atəşinə tutulub. Təxminən bir ay əvvəl Co demişdi ki, qadınlar kişi futbolu haqqında səlahiyyətlə danışmamalıdırlar. Barton qadın futbolunun fantastik irəliləyiş əldə etdiyini etiraf etmiş, lakin kişi futbolunu “tamamilə fərqli bir oyun” olduğunu bildirmişdi.

Oxşar xəbərlər

Kişi futbolunda qadın baş məşqçi - Yenilik
“Qəbələ”nin sabiq oyunçusu rəmzi komandada - SİYAHI
Futbolçu qadın "kişi" çıxdı - İranda
FİFA Qadınlar Dünya Kuboku: Qadın futbolunun kişi futbolunu üstələdiyi 5 sahə
Maraqlı cəza - qadınlarla məşq edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər