Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" italyanlarla bacarmadı, "Real" məğlub oldu
İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə yekun vurulub.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsinin son oyununda "Kapilan Pallo" ilə qarşılaşıb.
Sərxan Mirzəzadənin qol sevinci yaşadığı matç "qırmızı-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bunadək A qrupundakı ilk iki oyununda "Milan" (0:3) və "Spal 2013" (0:0) ilə görüşən Ülfət Mədətovun baş məşqçisi olduğu komanda mərhələni 4-cü pillədə başa vurub.
Növbəti mərhələdə "Qəbələ" daha iki oyun keçirib. Komanda İtaliya təmsilçiləri "Forli" və "Prato" ilə görüşüb. Hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Turnirin final oyununda isə "Milan" və "Real" qarşılaşıb. İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
"Qəbələ" bürünc medala sahib oldu
"Kəpəz" Gəncədə darmadağın oldu
U-16-dan böyükhesablı səfər qələbəsi
"Qəbələ" "qış çempionu" oldu
U-17-dən 9 cavabsız qol
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası