reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Sabah"a qalib gəldi -Misli Premyer Liqası


Misli Premyer Liqasında 18-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, 2-ci dövrənin və ilin son turunun ilk oyun günündə 1 görüş keçirilib.
Son vaxtlar uğursuz çıxış edən və hazırda sonuncu pillədə qərarlaşan "Qəbələ" "Sabah"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, "Qəbələ" 3 turdan sonra qələbə qazana bilib.

Turun digər oyunları isə dekabrın 23-də və 24-də keçiriləcək.

Qeyd edək ki, bu turun ardından komandalar qış fasiləsinə yollanacaq. 3-cü dövrəyə isə 2024-cü il yanvarın 21-də start veriləcək.

22 dekabr

Misli Premyer Liqası, 18-ci tur

16:00 "Qəbələ" - "Sabah" - 1:0

Qol: Murad Musayev, 45+1

Reallaşdırılmayan penalti: "Sabah"ın futbolçusu Anatoli Nuriyev 79-cü dəqiqədə penaltini düzgün yerinə yetirə bilməyib
Qəbələ şəhər stadionu

Oxşar xəbərlər

"Sabah" "Qəbələ"yə qalib gəldi, "Kəpəz" “Neftçi” ilə bərabərə qaldı
“Qarabağ” “Sabah”a qarşı – Misli Premyer Liqası
"Qəbələ" "Sabah"a qalib gələ biləcəkmi? - YENİLƏNİR
"Zirə" "Sabah"a qalib gəldi - Misli Premyer Liqası
“Qəbələ” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər