Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avropa Çempionatında gimnastlarımızın uğursuzluğu - FOTO
Macarıstanın paytaxtı Budapeştdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, turnirdə ölkəmizi İslam Oyunlarında qızıl medal qazanan idmançılar - Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova və qrup komandamız təmsil edib. "Laslo Pap" İdman Kompleksində üç gün davam edən yarışda Rusiya, Bolqarıstan, İsrail və Belarus idmançıları medallar qazanıb. Qrup komandalarına gəldikdə isə ilk sırada Rusiya, 2-ci İtaliya və 3-cü sırada İsrail yığmaları qərarlaşıb. Bədii gimnastlarımız isə istər fərdi, istərsə qrup şəkilndə uğursuzluğa düçar olaraq, mükafatçılar sırasına düşə bilməyib. Mariana Vasilyevanın rəhbərlik etdiyi qrup komandamız yalnız 7-ci ola bilib. Yığmamızın lideri Durunda isə yalnız bir növdə ilk 8-liyə daxil olub.


Oxşar xəbərlər
Daha bir gimnast yığmamızı tərk etdiyini açıqladı - FOTO
Milliləşdirilmiş idmançı yığmamızı tərk etdi
Rusiyalı gimnastlar hamını arxada qoydu
Gimnastlarımız üçün Avropa sınağı
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası