reklam
Bakıda yeni formatı ilə fərqlənəcək Avropa Kuboku olacaq
Sportfm.az xəbər saytı

Bakıda yeni formatı ilə fərqlənəcək Avropa Kuboku olacaq


Avropa Gimnastikasının təşəbbüsü ilə 2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.

Sportfm.az xəbər verir ki, yeni formatı ilə fərqlənəcək yarışın proqramına “çarpaz-qarşılaşmalar” salınıb. Bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlməsi üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdığı mübarizədir.

Qeyd edək ki, Avropa Kuboku martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.

Yarışda mükafat fondu olacaq və qalibləri mükafatlandırma qaydaları mövcuddur.

Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək. Avropa Kubokunda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.

Oxşar xəbərlər

Bakıda 40.000 avroluq yarış keçiriləcək - Mükafat fondu açıqlandı
Bakıdakı Avropa Kubokunun vaxtı dəyişdi
2024-cü ildə Bakıda üç dünya kuboku keçiriləcək
Bakıda hansı yarışlar keçiriləcək?
Bakıda Dünya Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər