reklam
İdmançılarımız dünya çempionatında rekorda imza atdı
Sportfm.az xəbər saytı

İdmançılarımız dünya çempionatında rekorda imza atdı


Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeyra şəhərində keçirilən dünya çempionatında rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, 17-26 noyabr tarixlərində baş tutan yarışda idmançılarımız 13 medal qazanıblar.

Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub. Sübhan Mamedov, Elvin Məmmədov, Amin Quliyev, Surət Qarayev qızıl, Orxan Məlikov gümüş, Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov və Qəşəm Məmmədov bürünc medala yiyələniblər. Veteranların yaş kateqoriyasında iştirak edən Eduard Məmmədov isə iki fərqli versiyada 2 qızıl medal qazanıb.

Federasiyanın prezidenti Orxan Əliyev və komandaya başçılıq edən I vitse-prezident Ramal Aslanov da dəstək üçün Portuqaliyada olublar.

Qeyd edək ki, dünya çempionatında 70 ölkədən 1369 idmançı qüvvəsini sınayıb.

Oxşar xəbərlər

5 cüdoçumuz Avropa çempionatında medal qazandı
Güləşçilərimizdən 1 qızıl, 1 bürünc medal - Dünya çempionatı
Daha 5 güləşçimiz dünya çempionatında uğura imza atdı
Veteran cüdoçularımız Dünya Çempionatında "şou" göstərir
İdmançılarımız dünya çempionatında 17 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər