reklam
Braziliya millisinin xalları silinəcək -
Sportfm.az xəbər saytı

Braziliya millisinin xalları silinəcək -Araşdırma başlandı


FİFA DÇ-2026-nın seçmə mərhələsində Braziliya – Argentina oyunundan (0:1) əvvəl “Marakana” stadionunda olan hadisələrlə bağlı rəsmi araşdırma başladıb.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, matçda əvvəlcə iki komandanın azarkeşləri dava ediblər. Daha sonra isə Braziliya polisi qonaq komandanın azarkeşlərinə hücum edib. Hətta argentinalı futbolçular münaqişəyə müdaxilə etsə də, sonda Lionel Messi komandanı meydandan çıxararaq, paltardəyişmə otağına aparıb. Emiliano Martines isə polisləri dayandırmağa çalışıb. Hadisə səbəbindən oyunun başlaması yarım saat gecikib.

FİFA yaşananlara görə Braziliya millisini boş tribunalar qarşısında oynamaqla, hətta xalların silinməsi ilə cəzalandıra bilər.

Hazırda turnir cədvəlində Argentina 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı yerdədir.

Oxşar xəbərlər

2022-ci ilin rəmzi komandası - SİYAHI
Braziliya - Argentina oyunu ilə bağlı qərar ləğv edildi
Millinin 4 futbolçusu diskvalifikasiya edildi - Koronavirus qaydalarını pozdular
Argentina qələbə qazandı, Braziliyadan bərabərlik - VİDEO
FIFA-dan açıqlama - Braziliya - Argentina matçı ilə bağlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər