reklam
Yığmamızdan ikinci məğlubiyyət -
Sportfm.az xəbər saytı

Yığmamızdan ikinci məğlubiyyət -EEVZA çempionatı


18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında keçirdiyi ikinci oyununda da məğlub olub.
Sportfm.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Ukraynaya müqavimət göstərə bilməyib.

Ötən gün ev sahiblərinə uduzan (0:3) millimiz ukraynalılara da eyni hesabla yenilib – 0:3 (9:25, 8:25, 13:25).

EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Oxşar xəbərlər

Millimiz ikinci oyununa çıxacaq - EEVZA
Azərbaycanın millisi Polşaya uduzdu - EEVZA çempionatı
Azərbaycan yığması məğlub oldu - EEVZA çempionatı
Millimiz Litvaya qarşı - EEVZA çempionatı
Millimiz EEVZA çempionatında bu gün ilk oyununa çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər