Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
4 qızıl medal qazanan idmançımıza nə qədər pul veriləcək? - RƏSMİ
4 medal qazanana 150 min veriləcək, yoxsa 600 min?
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatlar qazandıqları medal sayına uyğun ödəniləcək.
Sportfm.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib.
Azad Rəhimov bildirib ki, birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər həqiqətə uyğun deyil: "Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz".
Qeyd edək ki, İslamiadada Azərbaycan idmançılarından güllə atıcısı Ruslan Lunyov və üzgüçü Maksim Şemberev 4 qızıl medal qazanıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, qızıl medalçılara 100 min manat pul mükafatı ödəniləcək. Bundan başqa, 50 min manat isə Milli Olimpiya Komitəsi tərəfindən ödəniləcək ("Report").
Oxşar xəbərlər
Lunyovdan qızıl medal - Uğur
Azərbaycanlı idmançılara nə qədər mükafat veriləcək?
Avropa Oyunlarında medal qazanacaq idmançılara mükafatlar açıqlandı
1 milyon qazanan idmançımız Talassemiya Mərkəzinə yardım edəcək
Azərbaycan üzgüçüsü İslamiadada ikinci qızıl medalını qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası