reklam
Hakim səhvə yol verdi, hər ikisi dünya çempionu oldu
Sportfm.az xəbər saytı

Hakim səhvə yol verdi, hər ikisi dünya çempionu oldu


Ümumdünya Güləş Birliyi (UWW) idman tarixində nadir rast gəlinən qərar verib.

Sportfm.az xəbər verir ki, bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının finalında Türkiyə idmançısı Ali Cengiz (87 kq.) finalda Macarıstandan olan güləşçi David Loşontsiyə 8:7 hesabı ilə qalib gəlib. Bundan sonra Macarıstan Güləş Federasiyası görüşün nəticəsinə etiraz olaraq UWW-yə şikayət edib.

UWW İcraiyyə Komitəsinin toplatınsında görüşün videoyazısına baxılıb. Hakim son saniyələrdə nəticəyə təsir edən səhvə yol verərək macar idmançının üstünlüyünü qeydə almayıb. Bu səbəbdən UWW həmin qarşılaşmanın qalibi Ali Cengizlə yanaşı David Loşontsini də dünya çempionu elan edib.

Beləliklə, bu finalın hər iki iştirakçısı dünya çempionu kimi tarixə düşüb. Qərarı UWW öz saytı vasitəsi ilə açıqlayıb.

Türkiyə mətbuatının yazdığına görə, güləş mütəxəssisləri bunun qalmaqallı və mübahisəli qərar olduğunu bildiriblər.

Onların fikrincə, bu, idmanda normal olmayan bir ənənənin əsasını qoyur. Yəni bundan sonra medal qarşılaşmalarında narazı tərəf şikayət etməklə hakimlərin qərarlarını sorğulaya və onu ləğv etdirə bilərlər.

Oxşar xəbərlər

Çamizonun boşboğazlığı özünə qaldı - Bayramov Parisə gedir
Hacı Əliyev dünya çempionu oldu
Millimizdən tarixi uğur - Dünya çempionu oldular
Dünya çempionu faciəli şəkildə dünyasını dəyişdi
Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər