
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Kəpəz"in futbolçusu Naxçıvana yollanır
Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə Naxçıvan Kuboku keçiriləcək.
Sportfm.az xəbər verir ki, turnirdə yerli "Araz Naxçıvan”la yanaşı daha 5 komanda iştirak edəcək. Turnir öncəsi naxçıvanlı futbolçular möhtəşəm addım atıblar. Belə ki, Premyer Liqa təcrübəsi olan futbolçular turnir zamanı "Araz Naxçıvan”ın şərəfini qorumağa qərar veriblər.
Onlar arasında Azərbaycan milli komandasının üzvü, son olaraq AZAL-da çıxış etmiş qapıçı Aqil Məmmədov, son mövsümü "Kəpəz”də keçirmiş Şəhriyar Əliyev, "Sumqayıt"ın yeni transferi Vüqar Bəybalayev, "Zirə”nin sabiq futbolçusu Nurlan Novruzov, AZAL-da çıxış etmiş Röyal Nəcəfov, İlqar Ələkbərov, eləcə də "İnter”in üzvü Mirhüseyn Seyidov "Araz Naxçıvan”ın formasını geyinəcəklər. Bu isə o deməkdir ki, turnirdə yerli komanda heyət baxımından korluq çəkməyəcək.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" 6 futbolçusu ilə yeni müqavilə imzaladı
“Qəbələ”nin oyunçusu “Araz-Naxçıvan”da - RƏSMİ
“Araz-Naxçıvan”ın futbolçusunun 25-ci qolu
“Araz-Naxçıvan” Naxçıvana getməyəcək
"Araz-Naxçıvan" yaşıl meydanlara qayıdır!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin